Menu

“Bizim planda Rusiya ilə danışıqlar bəndi yoxdur” - Zelenski

24.09.2024, 19:13
“Bizim planda Rusiya ilə danışıqlar bəndi yoxdur” - Zelenski

Müttəfiqlərinə “Qələbə planı”nı təqdim etmək üçün ABŞ-yə səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski həmin plan barədə bəzi açıqalmalar verib.

“AzPolitika” xəbər verir ki, Zelenski onun təqdim etdiyi planda Rusiya ilə danışıqlara aid bəndin olmadığını deyib.

O, ədalətli və davamlı sülhün təmin edilməsi üçün lazım olan addımların təfərrüatlarını Co Baydenə təqdim olunana qədər açıqlamaqdan imtina edib.

Zelenskinin “ABC News”-a müsahibəsində dediyinə görə, bu plan “Ukraynanı gücləndirmək” və Vladimir Putini ədalətli şərtlərlə danışıqlar masasına oturtmaq məqsədi daşıyır: "Burada söhbət Rusiya ilə danışıqlardan getmir. Bu, müharibəni sona çatdırmaq üçün diplomatik həll yoluna körpüdür. Yalnız təşviq edə biləcəyimiz güclü mövqe ilə Putini müharibəni diplomatik yolla bitirməyə sövq edə biləcəyik".

O, əlavə edib ki, Putinin “real danışıqlara” hazır olduğunu hələ görmür.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol