Menu

Rusiya hava limanlarını Ukrayna PUA-larından qoruyacaq – 11 milyard ayrılıb...

25.09.2024, 11:24
Rusiya hava limanlarını Ukrayna PUA-larından qoruyacaq – 11 milyard ayrılıb...

Rusiya hakimiyyəti hava limanlarının dron hücumlarından qorunmasına azı 11 milyard rubl xərcləyəcək.

“AzPolitika” yerli mətbuata istinadla xəbər verir ki, 2028-ci ilə qədər 31 əsas hava limanında dron əleyhinə müdafiə sistemləri quraşdırılacaq. Söhbət həm federal, həm də özəl obyektlərdən gedir.

Ayrılan məbləğ və vaxt barədə çərşənbə günü “İnfrastrukturun inkişafı, təhlükəsizliyin təmin edilməsi və pilotsuz uçuş aparatları üçün ixtisaslaşdırılmış sertifikatlaşdırma sisteminin formalaşdırılması” (UAS) layihəsinin yenilənmiş versiyasında qeyd olunub. Baş nazir Mixail Mişustinin avqustun 14-də milli layihələr üzrə sessiyada verdiyi göstərişdən sonra layihə yekunlaşdırılıb.

Artıq üçüncü ildir ki, Rusiya və Ukrayna arasında gedən müharibə həm döyüş meydanında, həm də cəbhə xəttinin arxasındakı hədəflərə hücumlard pilotsuz təyyarələrdən istifadənin miqyası baxımından görünməmiş silahlı münaqişəyə çevrilib. Demək olar ki, hər gün Rusiya hakimiyyət orqanları vurulan Ukrayna pilotsuz təyyarələri barədə məlumat verir. Onlar həmçinin Moskvaya və uzaq bölgələrə qədər uça bilir, hər bir belə təhlükə yarandıqda isə paytaxt hava limanları uçuşların qəbulunu və yola salınmasını dayandırır.

PUA reydləri nəticəsində Rusiya ərazisindəki sursat anbarlarının və digər hərbi obyektlərin zədələnməsi və məhv edilməsi halları da artır. Səlahiyyətlilər belə hadisələrlə bağlı çox az məlumat verirlər.

Rusiya Ukraynaya zərbələr endirmək üçün İranın “Şahed” dronlarından fəal şəkildə istifadə edir, lakin öz PUA-larının istehsalı və yenilənməsində geri qalır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol