Yalnız hər on almandan biri Almaniyanın Ukraynadakı müharibə ilə bağlı siyasəti kontekstində Olaf Şolts hökumətindən razıdır.
“AzPolitika” xəbər verir ki, bunu “The Times” nəşri son sorğuların nəticələri əsasında yazıb.
Qəzetin yazdığına görə, sorğu göstərib ki, respondentlərin 11 faizi Şolts hökumətinin Ukrayna böhranının idarə edilməsindəki fəaliyyətindən razıdır, 67 faiz isə narazıdır. Bununla belə, yalnız 32 faiz Aİ-nin Ukraynaya “daha güclü” dəstək verməsinin tərəfdarıdır, 41 faiz isə bunun əleyhinədir. Həmçinin, almanların 68 faizi Almaniyanın yaxın bir neçə il ərzində Avropada birbaşa silahlı münaqişəyə cəlb oluna biləcəyindən "narahat" və ya "çox narahat” olduqlarını bildiriblər.
“AzPolitika.info”


Şərhlər