İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Livanda atəşkəs əldə olunduğu barədə xəbərləri təkzib edib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, İsrail tərəfi ABŞ və Fransanın müvafiq təklifini qəbul etməyib: “Atəşkəslə bağlı xəbərlər yanlışdır. Bu, baş nazirin (Netanyahunun-red.) cavab belə vermədiyi bir Fransız-Amerika təklifidir." Netanyahunun ofisi Livan istiqamətində hərbi əməliyyatların intensivliyinin azaldılması ilə bağlı iddiaları da rədd edib: “Baş nazir İsrail Müdafiə Qüvvələrinə daha əvvəl ona təqdim olunmuş planlara uyğun olaraq bütün gücləri ilə döyüşü davam etdirməyi tapşırıb”.
Bundan əvvəl Ağ Ev ABŞ, Aİ və bəzi digər ölkələrin birgə bəyanatı ilə Livan-İsrail sərhədində 21 gün ərzində dərhal atəşkəsə nail olmağa çağırıb. Bunun ardınca “The New York Times” iddia edib ki, ABŞ və müttəfiqlərinin İsrail və Livan sərhədində atəşkəs təklifi yaxın saatlarda qəbul oluna bilər.
“AzPolitika.info”


Şərhlər