Ukrayna ordusunun 72-ci mexanikləşdirilmiş briqadası Uqledarı tərk etmədiyini bəyan edib.
“AzPolitika” xəbər verir ki, sözügedən briqadanın “feysbuk” səhifəsində Qərb mediasının guya ukraynalı döyüşçülərin Uqledarı tərk etdiklərinə dair məlumatları təkzib edilib.
Briqadanın rəsmi səhifəsində yayımlanan videoda döyüşçülərdən biri deyir ki, Rusiya işğalçı qüvvələri şəhərə ağır hücumlar həyata keçirsə də, ukraynalı döyüşçülər hələ də müdafiə xəttini saxlayırlar: “Biz bütün şübhələri və psevdoekspertlərin 72-ci briqadanın Uqledar şəhərini tərk etməsi ilə bağlı fikirlərini dağıtmaq istəyirik. Bu gün 26 sentyabr 2024-cü ildir. Ağır hücumlara və çətin şəraitə baxmayaraq, yerimizdəyik!”
“AzPolitika.info”


Şərhlər