Menu

Gənclər və idman naziri UNEC-in Zaqatala filialında tələbələrlə görüşüb - FOTOLAR

26.09.2024, 20:27
Gənclər və idman naziri UNEC-in Zaqatala filialında tələbələrlə görüşüb - FOTOLAR

Sentyabrın 26-da Azərbaycan Respublikasının Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında olub.

Filialın direktoru dosent Raqif Qasımov Gənclər və idman nazirinin filiala gəlişindən məmnunluğunu ifadə edərək, bu görüşün tələbələr üçün faydalı olacağını bildirib.

Tələbələrlə görüşən nazir Fərid Qayıbov onların asudə vaxtlarının səmərəli təşkili, dərsdən sonrakı fəaliyyətləri, əldə etdikləri uğurları ilə maraqlanıb. Eləcə də tələbələrin təkliflərini dinləyib və suallarını cavablandırıb.

Görüşdən sonra Zaqatala filialının yeni inşa olunan idman zalına və tələbə yataqxanasına da baxış keçirilib. Nazir burada tələbələr üçün yaradılacaq şəraitlə tanış olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol