Belarus Prezidenti Aleksandr Lukaşenko onu kimin əvəz edəcəyini bilmir.
“AzPolitika” xəbər verir ki, Lukaşenko ondan sonra Belarusa rəhbərlik edə biləcək qabiliyyətdə şəxs tanımadığını deyib: “Dünən bu barədə düşündüm: yaxşı, bəs kim? Mənə deyə bilərsiniz ki, qulaq as, bu vəziyyətdə kimə dəstək olmağı məsləhət görürsən? Düzünü desəm, bilmirəm”.
Onun fikrincə, insan sonradan prezident olmur, “prezident doğulur”. Lukaşenko qeyd edib ki, bu vəzifəni tutacaq adam xüsusi keyfiyyətlərə malik olmalıdır: “Mənimkindən qat-qat yüksək, fərdi keyfiyyətləri olmalıdır... İndi əgər bütün bu xüsusiyyətlər bir insanda birləşsəydi, o, unikal bir insan olardı”.
Bu il avqustun əvvəlində Belarus Prezidenti vətəndaşları ölkədə yeni prezidentin olacağına “alışmağa” çağırıb: ”Həyatda hər şey ola bilər”.
“AzPolitika.info”


Şərhlər