Menu

"Hizbullah"ın cənub cəbhəsi komandanı qətlə yetirilib

28.09.2024, 13:46
"Hizbullah"ın cənub cəbhəsi komandanı qətlə yetirilib

İşğalçı İsrail ordusunun “Hizbullah”ın Livanın paytaxtı Beyrutda yerləşən mərkəzi qərargahını bombalaması nəticəsində qruplaşmanın cənub cəbhəsinin komandanı Əli Karaxi də ölüb.

“News.ru.co” xəbər verir ki, bu barədə işğalçı ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Əli Karaxi “Hizbullah”ın baş katibi Həsən Nəsrullah ilə birlikdə ölüb.

Məlumata görə, bombardman nəticəsində “Hizbullah”ın başqa yüksək vəzifəliləri də qətlə yetirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol