İsrail ordusunun “Hizbullah” lideri Həsən Nəsrullahı öldürdüyünü elan etməsindən sonra İranın Ali dini lideri Əli Xamenei təhlükəsiz yerə köçürülüb.
"AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, Əli Xameneinin olduğu yerdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Mənbələr həmçinin iddia edirlər ki, İran Nəsrullahın ölümünə dair xəbərlərdən sonra görüləcək tədbirlərlə bağlı “Hizbullah”la və regiondakı digər müttəfiqləri ilə əlaqə saxlayır.
“AzPolitika.info”

Şərhlər
Əsl Mömin, əsl Siyasətçidən də, elə Ovsunçu kimi diplomat olar ki, *qızmış* onun nəvazişli RAMına gələr?! Yek tarixçi V.İ.Ulyanov rəhbərliyə (Zəhmli-Zorban yox) *İstedad seçin*, deyib!
Şeytan oğluna nəsihət verir "deyir oğul bu mollalardan daima uzaq dur.. Ona görə ki, bunlər nə ....yeyirlər sonda atarlar bizim üzərimizə". Maraqlıdır indi bu baş mollanı niyə üşütmə tutub. Bəs 45 ildir sionist deyirdi, yer üzündən siləcəyik deyirdi. Çünki, yaxşı bilir ki, duşman özündən güclüdür. Heç olmasa bunusa bu illər ərzində qana bildi. Çünki bilir ki, əksi intihara cəhd kimi bir şeydi. Ona görə də xatanı özlərindən uzaq tutmaq üçün ətarf ölkələrdə din adı altında silahlı qruplar yaradıb yalnızca fitnə törətməklə məşqul oldular. Bədəli isə bədbəxt müsulmanlara ödətdilər.