İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahı öldürmək əmri ABŞ-dan verilib və Vaşinqton bunun məsuliyyətindən qaça bilməyəcək.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısı İslam Respublikasının dövlət televizisiyasının efirində söyləyib.
"Dünya unutmamalıdır ki, əmr ABŞ-dan verilib. Amerikalılar heç vaxt məsuliyyətdən qaça bilməyəcəklər", – o vurğulayıb.
Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Ordusu Nəsrullahın ölümü ilə bağlı məlumat yayıb. Daha sonra təşkilat, lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyib.


Şərhlər
A balam nəinki Nəsrullahın öldürülməsi,Qəzzanın viran edilməsi,42 mindən çox insanın uşaq-böyük demədən qırdırılması,Livanın bombalanması və sair və ilaxır hamısının əmri ABŞ-dandır.Guya Bayden İsraildən narazıdı,İsrail isə onun sözünə baxmır.Sözünə baxmayan ölkəyə hansı ölkə milyardlarla dollarlıq silah peşkəş edər?