Menu

"İran casusu Nəsrullahın yeri barədə İsraili məlumatlandırıb" - Le Parisien

29.09.2024, 18:30
"İran casusu Nəsrullahın yeri barədə İsraili məlumatlandırıb" - Le Parisien

İranlı casus İsrailə öldürülən “Hizbullah” təşkilatının baş katibi Həsən Nəsrullahın Beyrutun cənub ətraflarında olması barədə məlumat verib.

“Report” xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti Livanın təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

“İsraillilər mümkün olan hər şeyi etdilər, hədəflərini qaçırmaq istəmədilər”, - qəzet mənbəyə istinadən yazıb.

Qeyd edək ki, sentyabrın 28-də İsrail Müdafiə Qüvvələrinin Beyrutun cənub ətrafına endirdiyi zərbələr nəticəsində Həsən Nəsrullah öldürülüb.

Şərhlər

dadaşyev 2024-09-30 00:56:23

İranın diktəsi altında olan hər bir təşkilata biz ehtiyatla yanaşmalıyıq,əmmamələr-əbalar bizi aldatmamalıdır.İran bizə açıq-aşkar düşməndirsə onun əlaltılarının bizi sevə biləcəyinə əsla ümid etməyin.Düşmənimin dostu düşmənimdir mənim.O kadar net yani.Üstəlik bunlar özləri özlərinin qənimidrlər.ABŞ əmr verdi Haniyəni öldürün,İran Tehrandaca ən qorunan bir qonaq evində öldürdü onu.İndi də əmr gəldi ki,Nəsrullahın öldürülməsinə kömək et,İranın casusu Nəsrullahın yerini xəbər verdi,İsrail də raketlə vurdu.İranın özü əlaltılarına bu dərəcədə xaindirsə əlaltıları nə gündə olar bizə qarşı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol