Menu

Sumqayıtda yanğınla nəticələnən partlayış baş verib

29.09.2024, 20:47
Sumqayıtda yanğınla nəticələnən partlayış baş verib

Sumqayıt şəhərində yanğınla nəticələnən partlayış baş verib.

“Report” un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Sakinlər binadan təxliyə edilib. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisəyə ilkin səbəb kimi qaz balonun partlaması göstərilir. Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol