Rusiyanın milli valyutası – rublun məzənnəsi getdikcə zəifləməkdədir.
Rusiya Mərkəzi Bankının bu günə açıqladığı məlumata əsasən, hazırda bu ölkədə 1 ABŞ dolları 54,21 rubla bərabərdir.
Bu ilin əvvəli ilə müqayisədə 65,6% çoxdur. 1 Avro isə 66,88 rubla dəyişdirilir ki, bu da 2013-cü ilin yekununa nisbətən 47,8% çoxdur.
Rublun ucuzlaşması Azərbaycanda da hiss olunur. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi məzənnəsinə görə, 1 Rusiya rublu 1,45 qəpikdir. İlin əvvəlində isə bu rəqəm 2,41 qəpik olub. Başqa sözlə, bu ilin əvvəlindən rubl dəyərini təxminən 40% itirib. /fins.az


Şərhlər