Menu

Kaladze prezident Zurabişvilini “fırıldaqçı” adlandırdı - “Konstitusiyanı pozur və...”

30.09.2024, 16:28
Kaladze prezident  Zurabişvilini “fırıldaqçı” adlandırdı - “Konstitusiyanı pozur və...”

Gürcüstan Prezidenti Salome Zurabişvili fırıldaqçı və ölkə Konstitusiyasının pozucusudur.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Gürcüstandakı hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının Baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

Kaladze bildirib ki, ölkə prezidenti Salome Zurabişvili “Gürcüstanın imicinə xələl gətirmək üçün hər şeyi edir”: “Salome Zurabişvili hansısa yolla ölkənin imicinə xələl gətirmək üçün hər şeyi edir. Konstitusiyanı ilk pozan şəxsin (Almaniyaya) səfərini necə qiymətləndirə bilərsiniz? Bu, əksinə olmalıdır, Konstitusiyanı birinci o müdafiə etməlidir”.

Kaladze Zurabişvilinin Almaniyaya səfərini pisləyib, çünki konstitusiyaya görə, Zurabişvili yalnız hökumətin razılığı ilə xarici səfərlər edə və rəsmi görüşlər keçirə bilər. O isə heç kimdən icazə almayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol