Menu

“Ukraynanın icazəyə ehtiyacı yoxdur” – Ağ Evdən ikibaşlı açıqlama

01.10.2024, 12:34
“Ukraynanın icazəyə ehtiyacı yoxdur” – Ağ Evdən ikibaşlı açıqlama

Ukraynanın Rusiya daxilindəki hədəflərə zərbə endirmək üçün ABŞ-nin icazəsinə ehtiyacı yoxdur, çünki o, bu məqsədlə öz istehsalı olan silahlardan istifadə edə bilər.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O, Ukraynanın qərar verməkdə sərbəst olduğunu deyib, lakin ABŞ silahları ilə Rusiyadakı hədəflərin vurulması perspektivinə dair yenə ikibaşlı fikirlər səsləndirib: “Onlar (Ukrayna) suveren ölkədir və özlərinin hazırladıqları silahlardan istifadə edə bilərlər. Bunların sayı çoxdur. Onların son bir ildə təqdim etdikləri proqramlara baxın. Həmçinin, onlara təqdim etdiyimiz silahlara nəzər salın. Biz açıq şəkildə bildirdik ki, onlar həmin silahlardan hücumların keçirildiyi sərhədin o tayındakı Rusiya hədəflərinə cavab zərbələri endirmək üçün istifadə edə bilərlər. Ona görə də Ukraynanın müdafiə üçün çoxlu vəsaiti var”.

Dövlət Departamentinin nümayəndəsi jurnalistlərin ABŞ-nin niyə Amerika silahları ilə Rusiyanın dərinliklərinə zərbələrə dair məhdudiyyətləri götürmədiyi sualına yenə birmənalı cavab verməyib: “Biz bütün imkanlara, bütün taktikalara və bütövlükdə Ukraynaya verdiyimiz bütün dəstəyə baxırıq və hər hansı yeni silah sistemini və yeni taktikanı təsdiqləyəndə bunun bütün döyüş meydanına, əraziyə necə təsir edəcəyinə, Ukraynanın strategiyasına baxırıq. Və biz bunu davam etdirəcəyik”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol