Menu

Rusiya bu şəhərin üzərinə bütöv ordu korpusu göndərir – “Əsas diqqət Donetskin cənubuna yönəlib”

01.10.2024, 13:10
Rusiya bu şəhərin üzərinə bütöv ordu korpusu göndərir – “Əsas diqqət Donetskin cənubuna yönəlib”

Rusiya indi əsas diqqətini Donetsk vilayətinin cənubuna yönəldir.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi, politoloq Kirill Sazonov yerli mətbuata açıqlamasında deyib. "Hazırda onların əsas diqqəti Donetsk vilayətinin cənubunadır. Bu, Uqledardır, Kuraxovadır. Onlar qüvvələrini oraya köçürürlər. Onlar Pokrovska təzyiqi davam etdirir, Toretskdə, Nyu-Yorkda, Çasov Yarda döyüşlər gedir. Elə edirlər ki, biz oradan heç kimi başqa istiqamətlərə köçürə bilməyək".

Onun sözlərinə görə, hazırda rusların əsas hədəfi sözügedən ərazidə yerləşən Selidovo şəhəridir və Rusiya oraya bütöv bir ordu korpusu göndərib. Qeyd etmək lazımdır ki, ordu korpusuna 30 mindən 60 minə qədər hərbçi daxil olur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol