Menu

Livan İsrailə raket zərbələri endirib - Xəsarət alanlar var

01.10.2024, 13:29
Livan İsrailə raket zərbələri endirib - Xəsarət alanlar var

Livan İsrail ordusunun Hizbullah hədəflərinə qarşı Cənubi Livanda başlatdlığı quru əməliyyatına qarşılıq olaraq bu ölkəyə raket zərbələri endirib.

İsrail ordusunun ilkin qiymətləndirmələrinə görə, hücumda Livandan İsrailin mərkəzinə doğru 3-4 raket atılıb.

Hərbçilər bildiriblər ki, raketlərdən bəziləri hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Bildirilib ki, raketlərdən biri Kafr Qasim yaxınlığındakı magistral yola düşüb və bir neçə mülki vətəndaş xəsarət alıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol