Menu

“Aşıq Ələsgər solaxay idi, ona görə...” – Memar etirazlara cavab verdi

01.10.2024, 14:04
“Aşıq Ələsgər solaxay idi, ona görə...” – Memar etirazlara cavab verdi

Bakıda görkəmli el sənətkarı Aşıq Ələsgərin heykəlinin açılışı olub. Açılışdan sonra heykəlin sosial şəbəkələrdə yayılan fotoşəkilləri xeyli müzakirələrə səbəb olub. Bəzi ictimai fəallar Aşıq Ələsgərə bu cür heykəlin qoyulmasını, onun obrazının belə təsvir olunmasını, eyni zamanda sazı tutma tərzini tənqid edib. Heykəldəki elementlərin Aşıq Ələsgərə uyğun gəlmədiyini idda edənlər də var.

Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı Modern.az-a açıqlamasında tənqidlərlə razılaşmayıb. Məhərrəm Qasımlı bildirib ki, heykəl çox gözəl formada hazırlanıb: “Aşıq Ələsgərin heykəli Bakıdakı ilk aşıq heykəlidir. O, bütün əlamətlərinə görə bizim qürur mənbəyimizdir. Heykəltəraş da çox istedadlıdır. Natiq Əliyevin istedadına yaxından bələdik. Heykəl bütün hallarda Aşıq Ələsgərin əlamətlərini özündə əks etdirir. Burada təbii ki, heykəltəraşın təxəyyülü də rol oynayır. Aşıq Ələsgər Göyçəyə doğru hərəkət edən aşıqdır. Ona görə də heykəldə sanki haray qaldıran, bizi o torpaqlara doğru istiqamətləndirən şəkildə təsvir olunub”.

Heykəlin memarı Malik Babayev bildirib ki, Aşıq Ələsgər solaxay idi. Ona görə də heykəldə də bu şəkildə təsvir olunub: “Bəzi rəssamlar bu faktı bilmədiklərinə görə onun rəsmlərini sazı sağ əli ilə çalarkən çəkiblər. Halbuki, yanlışdır, Aşıq Ələsgər solaxay olub. Heykəltəraş bir heykəli yaradanda xeyli araşdırmalar edir. Aşıq Ələsgərin nəticəsi də açılışda iştirak edirdi. Onlardan da məlumatlar alınıb ki, Aşıq Ələsgərin boyu, xarici görünüşü necə olub. Heykəl haqqında mənfi rəy bildirənlər varsa, onlar ancaq pis düşüncəli insanlardır. Bu insan xalq aşığıdır. Aşıq Ələsgər Azərbaycanda bəlkə də Dədə Qorquddan sonra ikincidir".

Şərhlər

ƏNHU 2024-10-01 23:14:12

Vaylar olsun sənin halına Məhərrəm Qasımlı ki, sən aşıqla əlində zopa tutmuş bir ilanöldürəni bir-birindən fərqləndirə bilmirsən. Hansı zövqün sahibi olasan ki, Bakının tən ortasına atılmış küntöy bir kəsək parasına Aşıq Ələsgər deyəsən. A kişi,sənin dünyaya meydan oxuyan heykəllərdən, ümumiyyətlə bədii təxəyyül, estetik zövq deyilən anlayışlardan xəbərin varmı? Olseydi bir palqıq topasına
əsər deməzdin. Sənin və digərlərinin diqqətinə çatdırım ki, bizim ölkəmizdə Ömər Eldarodan savayı bir nəfər də olsun heykəltaraş yoxdur. Bəyənməsək də bu faktdır. Ölkədə heykəltaraşıq adı ialtında ittifaq qurmuş bir topa var. Üzümü həmin topaya tutub deyirəm:- Heç biriniz heykəltaraş deyilsiniz. İllərdir biriniz ortaya bir sanballı əsər qoya bilmirsiniz. Odur ki, bu gündən etibarən hamınız bir nəfər kimi çəkiclərinizi tullayın və dulusçuluğ\a keçin. Siz ancaq küp və təndir qayıra bilirsiniz. Özünüzə heykəltaraşam deməklə dünyanı üstünüzə güldürməyin. Təxəttül anlayışını və dünya heykəltaraşlıq sənətini alçalmayın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol