Rəsmi səfər İslam Kərimovun dəvəti ilə reallaşıb
Rusiya prezidenti Vladimir Putin Özbəkistana səfər edib. Səfər bu gecə başlayıb. Taşkənd hava limanında Rusiyanın dövlət başçısını şəxsən Özbəkistan prezidenti İslam Kərimov qaraşılayıb. Qarşılamadan sora prezidentlər arasında qısa görüş olub.
ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, səfər rəsmi xarakter daşıyır. Səfər Özbəkistan prezidenti İslam Kərimovun dəvəti ilə reallaşıb.
Rusiya liderinin köməkçisi Yuriy Uşakov bildirib ki, tərəflər ticarət- iqtisadi və mədəni-humanitar sahələrdə fkir mübadiləsi aparacaqlar. Onlar həmçinin regionda təhlükəsizliklə bağlı da müzakirələrə qatılacaqlar.
Prioritetlərdən biri də qarşılıqlı ticarət dövriyyəsinin artırılması olacaq.
Səfər çərcivəsidə 4 sənəd imzalanacaq.


Şərhlər