Menu

"Belarusla Azərbaycan arasında dostluq üçüncü ölkələrə qarşı yönəlməyib" - Lukaşenko (YENİLƏNİB)

03.10.2024, 13:40
"Belarusla Azərbaycan arasında dostluq üçüncü ölkələrə qarşı yönəlməyib" - Lukaşenko (YENİLƏNİB)

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Minskə rəsmi səfəri çərçivəsində oktyabrın 3-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Belarus dövlətinin başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə Belarus arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurla inkişafından məmnunluq ifadə olunub. Qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

***

Belarusla Azərbaycan arasında dostluq üçüncü ölkələrə qarşı yönəlməyib.

“Report” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə deyib.

“Biz üçüncü ölkələrə qarşı dostluq etmirik, hər şeyi xalqlarımızın naminə reallaşdırırıq”, - Belarus Prezidenti qeyd edib.

***

Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Sarayında Azərbaycanın Baş naziri Əli Əsədovla danışıqlar aparır.

“Report” xəbər verir ki, bu barədə “Pul Pervovo” teleqram kanalında məlumat yayılıb.

Məlumatda bildirilib ki, çoxsaylı görüşlər, danışıqlar olacaq.

Qeyd edək ki, Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun dəvəti ilə ötən gün Belarusa rəsmi səfərə gedib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol