Menu

ABŞ İvanişvilinin övladlarına sanksiya qoyub? - Gürcüstan səfiriliyindən açıqlama

03.10.2024, 14:33
ABŞ İvanişvilinin övladlarına sanksiya qoyub? - Gürcüstan səfiriliyindən açıqlama

ABŞ-nin Gürcüstandakı səfirliyi “Gürcü arzusu” partiyasının təsisçisi, milyarder Bidzina İvanişvili və onun ailə üzvlərinə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı məlumatları təkzib edib.

“AzPolitika” xəbər verir ki, bu barədə oktyabrın 2-də müxalif “Formula” telekanalı məlumat yayıb. Kanal iddia edirdi ki, İvanişvilinin xaricdə yaşayan 4 övladından üçü bank hesablarına daxil ola bilmir.

“Formula” onu da qeyd edib ki, söhbət ilkin sanksiyalardan gedir və İvanişvilinin uşaqlarının bank hesabları hazırda hüquq-mühafizə orqanları tərəfindən yoxlanılır.

“ABŞ Maliyyə Nazirliyi bütün maliyyə sanksiyaları ilə bağlı məlumatları dərc edir”, – ABŞ səfirliyi müxalifət mediasının məlumatlarını şərh edərkən bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol