Menu

DİN Pentensiar xidmətlə birgə əməliyyat keçirib

03.10.2024, 14:44
DİN Pentensiar xidmətlə birgə əməliyyat keçirib

Daxili İşlər Nazirliyi (DİN) və Ədliyyə Nazirliyinin Penitensiar xidməti birgə əməliyyat keçirib, “AKS-74” markalı avtomat silah götürülüb.

Bu barədə Penitensiar xidmət məlumat yayıb.

Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində Nəsimi rayonu, Hüseyn Seyidzadə 2 ünvanının qarşısındakı dəmir qarajın önündə gizlədilmiş Ağayev Qurban Fərhad oğluna məxsus 1 ədəd “AKS-74” markalı avtomat silah, 1 ədəd daraq və 3 ədəd güllə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol