Menu

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub (YENİLƏNİR)

03.10.2024, 19:00
Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub (YENİLƏNİR)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

APA xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verdi. Qeyd edək ki, Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Kompleksdəki otel binasının təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Otel binasında 111 nömrə, konfrans, iclas və ziyafət zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. İstirahət kompleksinin ərazisində, həmçinin 10 kottec də qonaqların istifadəsinə veriləcək.

Oteldə 70 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub. Kompleksin ərazisində üzüm və digər meyvə bağları salınacaq. Bir sözlə, müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi otel kompleksi müasir standartlar səviyyəsində inşa olunur. Rayona səfərə gələnlərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.

***

Prezident İlham Əliyev bu gün “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub.

Prezident İlham Əliyev Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma məktəbdə yaradılan şərait barədə məlumat verdi.

Diqqətə çatdırıldı ki, ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.

Xatırladaq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Cəbrayıl şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Prezidenti 2021-ci ildə Sərəncam imzalayıb.

Təhsil ocağının təməli 2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan azad edilən ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb. Tədbirlər Planına əsasən, Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol