Menu

Ukrayna Kursk AES-ə hücuma cəhd edib?

03.10.2024, 18:56
Ukrayna Kursk AES-ə hücuma cəhd edib?

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kurçatov şəhərindəki Kursk Atom Elektrik Stansiyasına (AES) hücuma cəhd göstərib.

APA Rusiya mətbuatına istinadən xəbər verir ki, hücum cəhdi Fransaya məxsus aviasiya bombası ilə edilib.

Hava Hücumundan Müdafiə Qüvvələrinin cavab tədbirləri nəticəsində bomba AES-dən 5 km kənara düşüb, ərazidə yanğın olub.

AES özü və infrastrukturu ziyan görməyib.

Rusiya tərəfi hələlik bu barədə rəsmi açıqlama verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol