İşğalçı İsrail ordusu gecə saatlarında Beyrut hava limanı yaxınlığındakı qəsəbəni bombalayıb. Qəsəbəyə 20-yə yaxın raket atıb. İsrail iddia edir ki, hədəf "Hizbullah"ın baş katibi Nəsrullahın ehtimal olunan varisi Həşim Səfiəddin olub.
"AzPolitika" xəbər verir ki, bu barədə İsrail KİV-İ istinadən məlumat yayıb.
Həşim Səfiəddinin sağ qalıb-qalmadığı hələlik məlum deyil.
Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində hava hücumları nəticəsində ölkədə 37 nəfər ölüb, 151 nəfər yaralanıb.


Şərhlər