Menu

Biləcəridə avtomobil iki bacını vurub, biri ölüb

04.10.2024, 09:28
Biləcəridə avtomobil iki bacını vurub, biri ölüb

Binəqədi rayonunda avtomobil iki piyadanı vurub.

APA xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsində baş verib.

Məlumata görə, Aqil Səmədov idarə etdiyi "Mercedes Benz Axor" markalı qoşqulu yük avtomobili ilə Cəmilə Eyvazova və bacısı Elmira Eyvazovanı vurub.

Hadisə nəticəsində Cəmilə Eyvazova ölüb.

Faktla bağlı araşdırılma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol