Menu

"NATO “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır“ - Bortnikov

04.10.2024, 11:40
"NATO “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır“ - Bortnikov

NATO “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Astanada MDB Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 55-ci iclasında bildirib.

Onun sözlərinə görə, Qərb Ermənistanın KTMT-dən çıxmasına can atır ki, bu da Bakı ilə gələcək münasibətlərdə İrəvanı NATO-dan daha da asılı vəziyyətə salacaq.

“Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla, Ermənistan-Azərbaycan nizamlanmasına başçılıq etməyə və de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altında regionda özünün “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır. Cənubi Qafqazda NATO blokunun möhkəmlənməsi təbii ki, regionda sabitliyə kömək etməyəcək”, - deyə Rusiya FTX rəhbəri qeyd edib.

Şərhlər

ƏNHU 2024-10-04 22:00:13

Cəhənnəm olun ikiniz də. Gerçəkdən də nicat yolu Turanda imiş.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol