Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Azərbaycan müəllimlərini təbrik edib.
“AzPolitika.info” parlamentin komitə sədrinin öz "facebook" səhifəsindən paylaşdığı yazını təqdim edir:
Dəyərli MÜƏLLİMLƏR!
Sizi 5 oktyabr Müəllimlər Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm!
Siz kainatın sirlərini öyrənərək yaşam dünyamızı gözəlləşdirdiyiniz üçün, insanlığa elm-mədəniyyət, bilik-savad, təlim-tərbiyə verdiyiniz üçün, bizi yetişdirdiyiniz üçün, ən əsası da vətənə layiqli övlad olmağı öyrətdiyiniz üçün hər kəsin qəlbinin ali sevgi mərtəbəsindəki yerin sahibisiniz!
Bütün tarixi dövrlərdə görkəmli şəxsiyyətlər, dövlət adamları müəllimlik peşəsinə yüksək qiymət vermiş və müəllimliyi cəmiyyətin ən şərəfli peşəsi hesab etmişlər. Müqəddəs dinimizin banisi Məhəmməd Peyğəmbər özünü müəllim adlandırmış, Nizami Gəncəvi müəllimi günəşə, Mövlana Cəlaləddin Rumi müəllimi yanar şama, dahi Füzuli müəllimi gənc qəlbin memarına bənzətmiş, Nəsirəddin Tusi müəllimi elmin çırağı adlandırmışdir. Böyük dövlət xadimi Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər öz xüsusi dəyəri, əhəmiyyəti və peşəyə verdiyi yüksək qiyməti ilə seçilir: “Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”
Ulu Öndərimiz Hеydər Əliyеv özlərini vətən tоrpаğının bir zərrəsi sаyаn gənclərin tərbiyə еdilib yеtişdirilməsində müəllim əməyinə, оnun şəхsiyyətinə yüksək qiymət vеrmişdir. Heydər Əliyev dеyirdi ki, müəllim аdı şərəfli аddır, müəllim аdı yüksək аddır. Müəllim vəzifəsi оnа görə şərəflidir ki, о, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkаlı, tərbiyəli, vətənpərvər vətəndаş hаzırlаyır. Müəllim dünyаdа yеgаnə şəхsiyyətdir ki, cəmiyyət öz gələcəyini – uşаqlаrının tərbiyəsini yаlnız оnа еtibаr еdir.
Azərbaycan müəllimi həmişə öz işinin öhdəsindən məharətlə gəlmiş və ümid edirəm ki, bundan sonra da vətənimizə, millətimizə yararlı gənclər, dövlətimizə layiqli vətəndaşlar yetişdirəcəkdir!
Azərbaycanın vətənpərvər gəncləri 44 günlük müharibə ilə torpaqlarımızı yağı düşməndən azad edərək xalqımıza zəfər sevincini yaşatdılar. Burada qeyd etmək istərdim ki, Vətən müharibəsində 427 müəllim öz yetirmələri ilə çiyin-çiyinə döyüşlərdə iştirak edib və onlardan 15 müəllim şəhidlik zirvəsinə ucalıb. Bütün bunlar onu deməyə əsas verir ki, bizə qələbə sevincini yaşadan hər gəncin bu qədər vətənpərvər ruhlu olmasında müəllimin əməyi əvəzsizdir və bir daha sübut olundu ki, uzun illər ərzindəki fəaliyyət nəticəsində qarşıya qoyulan vətənin keşiyində duran, torpaqlarımız, ümummilli dəyərlərimiz üçün canından keçən vətəndaşlar yetişdirməyə nail olunub. Bu, Azərbaycan müəlliminin, təhsilimizin, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin siyasətini layiqincə davam etdirən cənab İlham Əliyevin və təhsilimizin hamisi Mehriban xanım Əliyevanın ən böyük uğurudur.
Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində çıxışı zamanı qeyd edirdi: “Mən də müəllim olmuşam. İnstitutu bitirəndə mən bir xarici ölkəyə təyinat aldım, ancaq ondan imtina etdim, xaricə getmək istəmədim. Qaldım institutda, aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim və 23 yaşımda dərs verməyə başlamışdım”.
Müəllimlərin fəaliyyətini çox yüksək qiymətləndirən dövlət başçısı bildirib ki, müəllim peşəsi çox şərəfli, məsuliyyətli, çox ağır peşədir: “Müəllim hər zaman tələbə qarşısında öz biliyini göstərməlidir. Tələbələr də indi hər şeyi görürlər, hər şeyi seçə bilirlər. Ona görə müəllimlər daim öz biliklərini artırmalıdırlar. Mən deyim ki, biz müasir dövrdə köhnə baqajla yaşaya bilmərik. Ona görə indi internet dövrüdür, hər bir məlumatı əldə etmək üçün imkanlar var”. Ölkə başçısı cənab İlham Əliyevin sözlərinə görə, daim müəllimlər yeniliklərə baxmalıdırlar:” Onların peşəsində hansı proseslər gedir, dünyada hansı proseslər gedir, texnoloji inkişaf nədən ibarətdir ki, tələbələrə keyfiyyətli biliklər versinlər. Ona görə müəllim peşəsi şərəflidir, hörmətlidir, ancaq, eyni zamanda, müəllimlər də daim öz üzərlərində işləməlidirlər”.
Son illər təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar, məqsədyönlü şəkildə görülən işlər dövlətimizin daha da qüdrətlənməsinə, savadlı, bacarıqlı gənclərin yetişdirilməsinə rəvac verir. Düşünürəm ki, biz gələcəkdə də işlərimizi bu istiqamətdə qurmalıyıq. Yüksək intellektli, bilikli, bacarıqlı gənclər yetişdirmək ən böyük amalımız olmalıdır, çünki bizi qarşıda böyük işlər gözləyir. Azərbaycanımızın inkişafını olduğu yerdən daha da irəliləməsi, eyni zamanda Qarabağımızın yenidən bərpası intellektlə, biliklə sıx bağlıdır. Əminəm ki, siz bu şərəfli işlərin öhdəsindən layiqincə gələcəksiniz.
Bir daha Sizi ürəkdən təbrik edir və bütün fəaliyyətinizdə uğurlar arzulayıram!


Şərhlər
Əlbəttə, bütün deputatların müəllimlərə bir vəfa borcu var. Hər ay maaşlarının tən yarısını paketə qoyub onlarla göndərməlidirlər. Yoxsa quru bir təşəkkürlə yola verib ardınca, -aldatdım başını, siçan yesin qaqşını deyib, çığallıq etmək heç deputata yaraşan hərəkət deyil. Ayıbdır.
İdiər.Ancaq seçki saxtakarlığı,məsuliyyətsizlik müəllimlərə olan hörməti heşə endirdiyini də anlamaqda fayda var.axı onların hərəkətlərini,davranışlarını hamı dəfələrlə görüb və belə müəllimliyə etibar yox olub.l
odur ki,bu sahə ciddi diqqətdə saxlanılmalıdır.Müəllim tərbiyəsi.xdavranışı və əməli ilə nümunə olmalıdır.əfsus ki,bizdə neqativ hallar günü gündən artır.