Menu

İsrail ordusu Livanda məscidi bombaladı

05.10.2024, 12:03
İsrail ordusu Livanda məscidi bombaladı

Artıq heç bir sərhəd tanımayan işğalçı İsrail ordusu Livanın cənubunda əvvəcə xəstəxananı, sonra isə onun  yaxınlığında məscidi bombalayıb. 

"AzPolitika" Türkiyə mediasına istinadən məlumat verir ki, məsciddə ibadət edən nə qədər insanın qətlə yetirildiyi məlum deyil.

İsrail ordusu bu cinayətini məscidin içərisində "Hizbullah" üzvlərinin olması ilə bağlamağa çalışıb. Ancaq bunu təsdiqləyən heç bir sübut ortaya qoymayıb.

Belə görünür ki, tətətdiyi qətliamlara görə cəzasız qalacağına inan işğalçı ordu artıq müsəlmanların ibadət yerlərini hədəf almağa başılayıb.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol