Menu

Ucarda avtomobil piyadanı vuraraq öldürüb

05.10.2024, 18:20
Ucarda avtomobil piyadanı vuraraq öldürüb

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakl-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Göyçayın Alpoud kənd sakini İslamov Elçin Azər oğlunu vurub. Ağır bədən xəsarətləri alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.

Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol