Menu

Bu il televiziya və radio kanallarının efirində 9 ciddi pozuntu faktı aşkarlanıb

08.10.2024, 15:34
Bu il televiziya və radio kanallarının efirində 9 ciddi pozuntu faktı aşkarlanıb

Audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə Şura tərəfindən audiovizual yayımçıların proqramlarının monitorinqləri aparılır. 2024-cü ilin 9 ayı ərzində aparılan monitorinqlərin nəticəsi olaraq, televiziya və radio kanallarının efirində 9 ciddi pozuntu faktı aşkarlanıb.

Bu barədə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, həmin faktlara görə yayımçılara 1 ümumi açıqlama ilə tövsiyə-xəbərdarlıq (elektron siqaret reklamları ilə bağlı bütün yayımçılara), 1 rəsmi xəbərdarlıq (erkən nikahın təbliğinə görə “Baku TV”-yə) olunmuş, 4 yayımçının proqramlarının yayımı müvəqqəti dayandırılan (ayrıseçkiliyin təbliğinə görə “MTV” 8 saat, müəllif hüquqlarını pozduğuna görə “ATV”, “ARB” və “ARB Günəş” hərəsi 3 saatlıq), 3 yayımçıya qarşı protokol (“Səhiyyə TV”-də reklamda müvafiq lisenziya məlumatlarının verilməməsinə görə 2 protokol, “İTV”-də “18+” kateqoriyalı məzmunun 6.00-23.00 aralığında verilməsinə görə 1 protokol) tərtib olunaraq məhkəməyə göndərilib.

Bundan başqa, texniki xəta səbəbindən yaranmış pozuntular da olub ki, bura səhər efirində Dövlət Himninin səsləndirilməməsi (5 fakt), reklam yayımı ilə bağlı (62 fakt), sponsorluqla bağlı (38 fakt), dövlət dili ilə bağlı (3 fakt), məhkəmə qərarı olmadan hər hansı şəxsin günahkar adlandırılması ilə bağlı (2 fakt), hüzn gunu ilə bağlı (4 fakt) texniki pozuntular daxildir. Belə pozuntular qeydə alınan kimi həmin yayımçılara bildirişlər göndərilib və xətanın aradan qaldırılması təmin olunub.

Şərhlər

Vətəndaş 2024-10-08 20:28:54

Televiziya kanalları zauralrla xoşqəmlərlə televiziya ekranalrını baxımsız edib.Sanki azərbaycanda onlardan bşqa aprıcı tapılmırAaxı onlar boş ha-külü.milləti aşağılyan halları ekrana çıxarmaqdan "müğənnicikləri" pullu reklam etməkdən bşqa hansı fəaliyyətləri insanlrı ekrana cəlb edəcək? illərdir eyni sifətlərdən doymuş dinləyicilər artıq Azərbayan televiziyasının verilişlərinə yox.xarici kanallarda.idman proqlamrına.ciddi xəbər və əyləncələr baxmağı tərciə edirlər.televiziya təcili və ciddi dəyişikliklərə başlamalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol