Müdafiə nazirinin sabiq birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi general-polkovnik Nəcməddin Sadıkov uzun fasilədən sonra publika qarşısına çıxıb.
Bu barədə sosial şəbəkələrdə məlumat və görüntü paylaşılıb.
Kadrda Nəcməddin Sadıkovun DSX rəisi Elçin Quliyevlə yanaşı oturduğu görünür.
Fotunun 2-3 gün əvvəl Bakıda at yarışları zamanı çəkildiyi iddia olunur.
Xatırladaq ki, N.Sadıkov 2 noyabr 1993-cü ildə Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabr ayında o, tutduğu vəzifədən azad edilib. (Bakupost.az)



Şərhlər
daha sozumuz yoxdu sozun bitdiyi yer qalanini ozunuz fikirlesin
Nəcməddini Elçinlə nə birləşirir?Hansı əlaqə?Yoxsa bu təsadüfdür?
Nəcmədini nə əcəb etiyi cinyətlərə görə soröuya çəkmirlər7