Ermənistanda hakimiyyətə qarşı ötən ilin yazından başlayan etiraz hərəkatına liderlik edən keşiş Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyana qarşı cinayət işinin açılmasını tələb edib, onu milli maraqlara zərbə vurmaqda ittiham edib.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun binası yaxınlığında keçirilən mitinqdə o, dövlət qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının artıq ölkənin maraqlarını qorumadığını, “bir şəxsin siyasi maraqlarına” - tabe olduğunu bildirib.
Qalstanyanın fikrincə, dövlət qurumları müstəqil fəaliyyət göstərsəydilər, ölkədə baş verən cinayətlərə artıq lazımi hüquqi qiymət veriləcəkdi.
“Biz buradayıq ki, Azərbaycan hökuməti və Prezidenti, eləcə də onların şəriki – Ermənistanın hazırkı Baş naziri cavabdehlik daşısınlar”, – Qalstanyan bildirib. “Ermənistan İstintaq Komitəsinin cinayət işi açmasına baxmayaraq, işin gedişi məlum deyil. Bizim tələbimiz Nikol Paşinyanın “etnik təmizləmədə” iştirakına görə cinayət təqibinin başlanmasıdır”, - Qalstanyan əlavə edib.
O, ikinci tələbi də irəli sürüb: Ermənistanın Müstəqillik Bəyannaməsinin bəzi müddəalarını etibarsız sayan Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı araşdırmaya başlamaq.
Bundan əlavə, Qalstanyan baş prokurora etirazçıların yanına gəlmək və ya medianın müşayiəti ilə hərəkat nümayəndələri ilə görüş təşkil etmək xahişi ilə müraciət edib. Onun sözlərinə görə, bu tələblərə məhəl qoyulmaması hüquq sisteminə inamı sarsıdır.
“AzPolitika.info”


Şərhlər
Sevinin, rus erməni başlar ,Paşik getsə ermənilər Bakıda olacaq amma unutmayın yatmış Türk Boz Qurtdur