ABŞ Prezidenti Co Bayden bu gün İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.
“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, telefon danışığına ABŞ-nin vitse-prezidenti, Demokratlar Partiyasının namizədi Kamala Harris də qoşulub.
Bayden ABŞ-nin İsrailin təhlükəsizliyinə “dəmir” sadiqliyini bir daha təsdiqləyib və İranın oktyabrın 1-də İsrailə ballistik raketlər atmasını pisləyib.
İsrailin Livandakı hərəkətlərinə toxunan Bayden, diplomatik razılaşmanın zəruriliyini vurğulayaraq, Livan və İsrail vətəndaşlarının sərhədin hər iki tərəfində yerləşən evlərinə təhlükəsiz şəkildə qayıtmasının zərurliyini vurğulayıb.
ABŞ Prezidenti İsrailin öz vətəndaşlarını “Hizbullah”-dan qorumaq hüququna malik olduğunu bildirib, eyni zamanda Beyrutun sıx məskunlaşdığı ərazilərdə mülki əhaliyə dəyən zərərin minimuma endirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər Qəzzadakı vəziyyəti də müzakirə ediblər.
“AzPolitika.info”


Şərhlər