Menu

Rusiya ordusu Odessanı vurdu – Həlak olanlar və çoxsaylı yaralılar var

11.10.2024, 10:54
Rusiya ordusu Odessanı vurdu – Həlak olanlar və çoxsaylı yaralılar var

Oktyabrın 11-nə keçən gecə Rusiya hərbçiləri Odessa vilayətinə ballistik raketlərlə hücum edib.

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, 16 yaşlı qız da daxil olmaqla 4 nəfər ölüb. Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, oktyabrın 10-da axşam saatlarında Odessa vilayətində ikimərtəbəli binaya raket düşüb. Binanın dağıntıları altında 3 nəfər ölüb. Daha bir zərərçəkən xəstəxanada dünyasını dəyişib.

Xilasedicilər dağıntılar altından 4 nəfəri çıxarıblar. 10 nəfər yaralanıb. Doqquz zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan dördünün vəziyyəti ağırdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol