Menu

İrəvanda böyük mitinq - VİDEO

10.12.2014, 18:21
İrəvanda böyük mitinq - VİDEO

Ermənistanda hakimiyyət dəyişikliyi üçün iş başlayacaq

İrəvanda insan hüquqları günü ilə bağlı böyük mitinq keçirilib.

ANS PRESS-in məlumatına görə, Erməni Milli Konqressi tərəfindən təşkil edilmiş mitinqdə beynəlxalq insan hüquqlarının müdafiəsi gününə həsr olunmuş qətnamə qəbul edilib. Qətnaməni Ermənistan Milli Konqressinin fraksiya rəhbəri Levon Zurabyan oxuyub.

Qətnamə Ermənistanda insan hüquqları sahəsindəki problemlərə - seçki sisteminə müdaxilə, iqtisadi azadlıqların pozulması və siyasi dustaqların mövcudluğu aid edilib.

Fraksiyanın başçısı Levon Zurabyan həmçinin bildirib ki, yaxın vaxtlarda ümumxalq birgə hərəkəti proqramını təqdim edəcəklər. Bu proqramda kütləvi tədbirlərin siyahısı qeyd olunacaq. Kütləvi tədbirlərin məqsədi hakimiyyətin dəyişməsi və növbədənkənar seçkilərin keçirilməsinə nail olmaqdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol