Menu

Ukraynada onlarla İran istehsalı dron vurulub

11.10.2024, 16:25
Ukraynada onlarla İran istehsalı dron vurulub

Ukrayna 30-a yaxın İran istehsalı dronu vurub.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Məlumata görə, ötən gecə Rusiya ordusu yenidən İran istehsalı dronlarla Ukraynaya hücuma keçib.

Bildirilib ki, hücumda Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri İran istehsalı 29 ədəd "Şahid" dronunu zərərsizləşdirib.

Qeyd olunub ki, Rusiya Şahid dronları ilə Ukraynanın Kiyev, Çerkassı, Vinnitsa, Sumı, Poltava, Dnepropetrovsk, Xarkov, Çerniqov və Jitomir əyalətini hədəfə alıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol