Menu

Gömrük orqanına bəyan edilməyən qızılın ölkəyə gətirilməsinin qarşısı alınıb

11.10.2024, 20:45
Gömrük orqanına bəyan edilməyən qızılın ölkəyə gətirilməsinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən bildirib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük zonasını tərk edərkən “Qırmızı kanala” yönləndirilib.

Gömrük nəzarəti zamanı həmin şəxsin gödəkçəsinin cibindən gömrük orqanına bəyan edilməyən 256 qram qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol