Menu

Rusiya Yaponiyaya ABŞ ilə təlimlər keçirmək planlarına etiraz edib

11.10.2024, 22:16
Rusiya Yaponiyaya ABŞ ilə təlimlər keçirmək planlarına etiraz edib

Rusiya Tokionun oktyabrın sonu – noyabrın əvvəlində Vaşinqtonla birlikdə təlimlər keçirmək planları ilə əlaqədar Yaponiyanın səfirliyinə etiraz bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiya Tokionun Rusiya sərhədləri yaxınlığında ABŞ ilə birgə təlimlər keçirmək planları ilə əlaqədar qaçılmaz əks-tədbirlər barədə Yaponiyaya xəbərdarlıq edib”, – XİN qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol