Menu

Trampın daha bir yalanı üzə çıxdı – Seçici dəstəyi azaldığı üçün yeni “nağıllar” uydurur

12.10.2024, 12:10
Trampın daha bir yalanı üzə çıxdı – Seçici dəstəyi azaldığı üçün yeni “nağıllar” uydurur

ABŞ-də prezident seçkiləri yaxınlaşdıqca, Respublikaçılar Partiyasının namizədi Donald Trampın yalanları da çoxalır.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bu dəfə Tramp guya Venesueladan gələn cinayətkar dəstələrin ABŞ vətəndaşlarının evlərini zorla ələ keçirdiyini deyib. Qeyd edək ki, bundan əvvəl Tramp miqrantların guya ABŞ-də ev heyvanlarını yediyini iddia etmişdi və bu məlumat sonradan təkzib edilmişdi.

Tramp “Venesuela dəstələri”nin Koloradoda evləri ələ keçirdiyini deyib. “The Washington Post”-un qeyd etdiyi kimi, o, bu bəyanatları son vaxtlar, xüsusən də seçki mitinqlərində yaymağa başlayıb. Qəzet qeyd edir: “Tramp cümə günü Kolorado ştatının Aurora şəhərindəki mitinqdə venesuelalı dəstənin Denver ətrafındakı qəsəbədəki yaşayış evlərini ələ keçirməsi ilə bağlı bir neçə yalan iddia irəli sürüb”. Bununla o, Kamala Harrisi “Üçüncü dünya ölkələri həbsxanalarından olan dəstə üzvlərini və cinayətkar miqrantları ABŞ-yə idxal etməkdə” ittiham edib. Bu kontekstdə o, ABŞ-nin hazırkı vitse-prezidentini “əqli cəhətdən qüsurlu” adlandırıb.

Lakin Trampın yalanını elə öz partiyasının yüksək vəzifəli təmsilçisi təkzib edib. Auroranın respublikaçı meri Mayk Kofman da daxil olmaqla yerli rəsmilər keçmiş prezidentin iddialarının yalan olduğunu və hadisələrin açıq-aşkar şişirdildiyini bildiriblər.

Nəşr qeyd edir ki, Tramp daxili iqtisadiyyatla bağlı məsələlərdə seçici dəstəyini itirdiyi üçün yenidən miqrantlar mövzusuna müraciət edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol