İranlı ekspert Məsud Əsədullahi dövlət televiziyasının efirində bildirib ki, Livanda partlayışlara səbəb olan peycerləri Hizbullah İran şirkəti vasitəsilə alıb.
Onun sözlərinə görə, Hizbullahın əlaqə qurmaq üçün ehtiyaclarını təmin etmək məqsədilə bir İran şirkəti Tayvandan 5 min ədəd peycer alaraq Hizbullaha verib.
Ekspert peycerlərin təhlükəsizlik yoxlamalarından keçmədən istifadə edildiyini vurğulayıb. Əsədullahi bildirib ki, hələlik 2 min peycer Hizbullah üzvləri arasında paylanılmayıb.
Qeyd edək ki, ekspertin çıxışı İranda sensassiya yaradıb. İranın hökumət mediası ekspertin efirdəki açıqlamalarından sonra bunların əsassız iddia olduğunu bəyan edib.
"AzPolitika.info"


Şərhlər