“Gürcüstan hakimiyyəti parlament seçkiləri öncəsi müxalifətin ciddi təxribatlarını istisna etmir”.
“AzPolitika” gürcü mediasına istinadla xəbər verir ki, bunu Gürüstanın Baş nazir İrakli Kobaxidze hakim “Gürcü Arzusu” partiyasının seçki qərargahında deyib.
Brifinqin mövzusu ölkənin eks-prezidenti Mixail Saakaşvilinin 2016-cı ildə müxalifətçi Givi Tarqamadzeyə sui-qəsd cəhdində əli olması ilə bağlı prokurorluğun bəyanatı olub.
Parlament seçkilərinə üç gün qalmış Tbilisinin mərkəzində deputatın avtomobili partladılıb. Səkkiz il sonra polis qiyabı həbsə məhkum edilmiş icraçı David (Darço) Xeçuaşvilinin Türkiyədən sərhədi qanunsuz keçməyə cəhd edərkən saxlanıldığını elan edib.
“Biz indi hətta 2016-cı ildə planlaşdırılan belə ağır təxribatları da istisna etmirik... Radikal müxalifət tam isteriya içindədir. Onların tam məlumatı var ki, yalnız iki partiyanın seçki baryerini aşmaq perspektivi var və onların ümumi nəticəsi 20%-dən bir qədər çoxdur”, - Kobaxidze bildirib.
Bununla bağlı o, hüquq-mühafizə orqanlarının əməkdaşlarını xüsusilə sayıq olmağa çağırıb.
Gürcüstanın baş naziri də Saakaşvilinin izi olan versiyanın Tarqamadzeyə sui-qəsd işinin araşdırılmasında xüsusi maraq doğuran mövzuya çevrilməsinin tərəfdarı olduğunu bildirib.
Xatırladaq ki, Givi Tarqamadzenin avtomobilinin partladılması parlament seçkilərinə üç gün qalmış ciddi fakt idi və bu, çox güman ki, seçkilərə təsir etmək məqsədi ilə edilib.
“Bu cinayətdə Mixail Saakaşvili və Gia Lortkipanidzenin izinin müəyyən edilməsi insanı düşündürür və istintaq üçün xüsusi maraq kəsb etməlidir” – deyə, o əlavə edib.
“AzPolitika.info”


Şərhlər
Bu adamda bəziləri kimi Putinin vassalıdır.
Saakaşvili Gürcüstanda dövlət quranda, ay bişərəf sən şortkdə gəzirdin.