Menu

Keniyada icmalararası toqquşmalarda 18 nəfər həlak olub

13.10.2024, 00:24
Keniyada icmalararası toqquşmalarda 18 nəfər həlak olub

Keniyanın cənub-şərqindəki Tana çayı bölgəsində qeydə alınan icmalararası toqquşmalarda azı 18 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə AFP agentliyi yerli polis idarəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, ölüm hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirləri gücləndirilib: “Hazırda vəziyyət çox gərgindir, çünki icma üzvləri odlu silahlarını təhvil vermək istəmirlər.

Polis rəisi zorakılığın artmasının qarşısını almaq üçün sakinləri odlu silahlarını təhvil verməyə çağırıb.

Münaqişənin səbəbi torpaqların daşqından zərərçəkənlərin xeyrinə yenidən bölüşdürülməsi olub, buna bölgədə yaşayan köçəri insanlar etiraz ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol