Menu

Livandan İsrailə bir il ərzində 14 min raket atılıb - Yoav Qalant

14.10.2024, 00:31
Livandan İsrailə bir il ərzində 14 min raket atılıb - Yoav Qalant

2023-cü ilin 8 oktyabrından bəri Livandan İsrail ərazisinə ən azı 14 min raket atılıb.

APA “Ynet” portalına istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant iclasda bildirib.

"Müharibənin əvvəlindən “Hizbullah” İsrailə 14 mindən çox raket atıb, onların bir çoxu havada məhv edilib”, - nazir vurğulayıb.

Onun sözlərinə görə, İsrail Ordusunun Livanın cənubunda quru əməliyyatı plan üzrə gedir və bu planın çox aydın məqsədləri var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol