Menu

NATO Rusiya sərhədində

10.12.2014, 20:18
NATO Rusiya sərhədində

Qerasimov: "NATO ordusu Rusiya sərhədinə yaxınlaşır"

NATO öz hərbi təchizatını Rusiya sərhədlərinə doğru yaxınlaşdırır.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov açıqlama verib.

Onun sözlərinə görə, hazırda Polşada, Baltika dənizi üzərində və Qara dənizdə NATO-nun quru, hava və dəniz silahlı bölmələri Rusiya sərhədlərinə doğru irəliləyir.

"Onlar bunu hərbi təlimlər adı altında edirlər", deyə Qerasimov bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Baltikyanı ölkələrdə NATO əsgərlərinin sayının artıralacağı ilə bağlı məlumatlar yayılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol