Menu

Türkiyəli nazir iki variant göstərir – “Ümid qalır, Zəngəzur dəhlizinin açılmasına...”

14.10.2024, 12:31
Türkiyəli nazir iki variant göstərir – “Ümid qalır, Zəngəzur dəhlizinin açılmasına...”

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu Azəarbaycanla nəqliyyat dəhlizinin ya Ermənistan, ya da İran üzərindən qısa zamanda açılacağını qətiyyətlə bildirib.

“AzPolitika” xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunun zaman məsələsi olduğunu deyib.

Nazirin bəyanatını şərh edən politoloq Elxan Şahinoğlu hesab edir ki, Yaxın Şərqdəki hadisələr, o cümlədən İsrail - İran müharibə ehtimalının artması fonunda Orta dəhlizin İrandan keçəcəyi mümkün görünmür. Onun sözlərinə görə, müharibə başlayarsa yüklərin İrandan daşınması risqli olacaq. “Ümid qalır, Zəngəzur dəhlizinin açılmasına. Nikol Paşinyan son açıqlamasında 9 noyabr 2020-ci il üçtərəfli bəyanata uyğun olaraq dəhlizin Rusiya hərbçilərinin nəzarətinə etiraz etmədiyinə eyham vurub. Rəsmi Bakı dəhlizin Rusiyanın nəzarəti altında olmasına etiraz etmir. Ankaranın da Rusiya hərbçilərinin dəhlizə nəzarət etmələrinin əleyhinə bəyanatı yoxdur. Ankara istənilən varianta razıdır, təki Orta dəhliz işə düşsün və Çindən çıxan yüklər qısa zaman kəsiyində Türkiyəyə çatdırılsın”, - Şahinoğlu vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol