ABŞ-nin keçmiş prezidenti Donald Tramp daxildə ona qarşı mübarizə aparanları “təhlükəli düşmənlər” hesab edir.
“AzPolitika” xəbər verir ki, Tramp “Fox Business” telekanalına müsahibəsində ona qarşı çıxan və ya onun fəaliyyətini araşdıran demokratları “daxili düşmən” adlandırıb. Onun fikrincə, onlar ABŞ-nin əsas xarici rəqibləri olan Rusiya və Çindən daha təhlükəlidirlər: “Mən həmişə deyirəm ki, bizim iki düşmənimiz var. Bizim xarici düşmənimiz, sonra daxili düşmənimiz var və daxili düşmən, məncə, Çindən, Rusiyadan və bütün bu cür ölkələrdən daha təhlükəlidir”.
ABŞ-nin keçmiş prezidenti əlavə edib ki, “ağıllı prezident” xarici düşmənlərlə “çox asanlıqla” bacara bilər: “Lakin ən çətin şey bizim içərimizdə olan Adam Şiff (Trampa qarşı impiçment qaldıran konqresmen-red.) kimi insanlardır. Mən ona daxildəki düşmən deyirəm”.
“AzPolitika.info”


Şərhlər