Menu

Ermənilər ukraynalı məşqçini qovdular

14.10.2024, 13:10
Ermənilər ukraynalı məşqçini qovdular

Ukraynalı mütəxəssis Aleksandr Petrakov Ermənistan millisinin baş məşqçisi vəzifəsindən azad edilib.

“AzPolitika” xəbər verir ki, Ermənistan Futbol Federasiyasının rəsmi saytı bu barədə xəbər yayıb.

Səbəb ölkə millisinin məğlubiyyətidir. Belə ki, Millətlər Liqasının dördüncü turunda Ermənistan komandası İrəvanda Şimali Makedoniyaya 0:2 hesabı ilə uduzub.

Ermənistanın çıxış etdiyi C Liqasının dördüncü qrupuna 10 xalla Şimali Makedoniya başçılıq edir. Ermənilər 4 xalla ikinci yerdədirlər. Ancaq bu vəziyyət onları qane etmir.

Müqayisə üçün qeyd edək ki, Azərbaycan millisi 3 oyundan sonra öz qrupunda 0 xalla sonuncu yerdədir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol