Menu

Ukrayna bu istiqamətdə rusları dayandırıb – “Qara-Dağ” briqadası uğurla müdafiə olunur

14.10.2024, 13:21
Ukrayna bu istiqamətdə rusları dayandırıb – “Qara-Dağ” briqadası uğurla müdafiə olunur

Ukrayna ordusu Donetsk vilayətinin Selidovo yaşayış məntəqəsi ətrafında Rusiya qoşunlarının irəliləyişini dayandırıb.

“AzPolitika” xəbər verir ki, bunu “Bild” nəşrinin tanınmış eksperti Yulian Röpke yazıb.

O qeyd edib ki, Selidovo ətrafında bir çox yaşayış məntəqələri artıq ruslar tərəfindən işğal olunub. Lakin şəhərin özü Milli Qvardiyanın "Qara-Dağ" briqadası tərəfindən uğurla müdafiə olunur.

Röpkenin yazdığına görə, orada hər gün yüzlərlə rus döyüşçüsü Ukrayna mövqelərinə hücum edir və onlar artıq bir neçə dəfə Selidovonun ərazisinə daxil olublar, lakin hər dəfə geri çəkiliblər: “Məsələn, onlar şəhərin şimal-şərqindəki kömür mədənlərini ələ keçirməyə cəhd etdilər, lakin Ukraynanın “BTR-4”-ləri döyüşə girdi və Rusiya Silahlı Qüvvələrini qaçmağa məcbur etdi. Nikolayevkada, Novoqrodovkada, Qrodovkada - hər yerdə ruslar Pokrovska yaxınlaşıblar, yeganə istisna Selidovo və onun ətrafıdır, burada Rusiya ordusu irəliləyə bilmir".

O əlavə edib ki, bu istiqamətdə işğalçıların cənub cinahı tamamilə məhv edilib, şimal cinahı isə təhlükə altındadır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol