Menu

"İynə vurub, yoxa çıxdılar" - “Respublikanski”də komaya düşən qadının əri (VİDEO)

14.10.2024, 18:39
"İynə vurub, yoxa çıxdılar" - “Respublikanski”də komaya düşən qadının əri (VİDEO)

“Respublikanski” kimi tanıdığımız Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsində övladını dünyaya gətirən 22 yaşlı Sara İsayeva doğuşdan sonra iynədən sepsis keçirib və komaya düşüb.

Bakupost.az xəbər verir ki, bu barədə qadının həyat yoldaşı, İkinci Qarabağ müharibəsi qazisi Orucəli Ağayev bildirib.

Ginekoloq Günel Qəhrəmanova oktyabrın 2-də Sara İsayevanı qeysəriyyə əməliyyatı edib. Uşaq sağlam doğulub, ana palataya köçürülüb və hər şey də bundan sonra baş verib. Ətraflı sujetdə:

Şərhlər

ƏNHU 2024-10-14 22:36:10

Biz ilk dəfədir ki, həkimin öz günahının fərqində olduğunun şahidi oluruq. Adətən onlar heç vaxt səhvlərini etiraf etmirlər. Üzümü qazimizə tutub ilk öncə ona keçmiş olsun deyirəm. Bir şeyi də diqqətinə çatdırım ki, həkimlər hakimləri də ram edə bilir..Sonda səni borclu çıxaracaqlar. Bu aksioçmadır.Aləmlərin RƏBBİ dünyaya yenicə gözünü açmış və anasını arayan o körpəni ehtiyacına qovuşdursun. ALLAH qazi atasına bağışlasın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol